İçeriğe geçmek için "Enter"a basın

'Zirə'nin kapitanının cəzası gələn mövsümə qaldı

19-06-2020

[r32]

19 İyun, 2020  10:22 xeber – Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatan mövsümdən qalan sarı vərəqə cəzaları silinəcək. 

“Report”un məlumatına görə, yeni – 2020/2021 mövsümü üçün yalnız qırmızı vərəqələr qüvvədə qalacaq. 
2019/2020 mövsümündə yalnız “Zirə”nin kapitanı Cavid Hüseynov 4 oyunluq cəzasını tam çəkməyib. 31 yaşlı yarımmüdafiəçi XVII turda “Qarabağ”a 0:6 hesabı ilə uduzduqları görüşdə baş hakim Rəhim Həsənovu təhqir edib və 4 oyunluq cəza alıb. Premyer Liqa XX turda dayandırıldığından, Hüseynov qalan 1 matçlıq cəzasını 2020/2021 mövsümünün ilk turunda çəkəcək. 

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən “Qarabağ” mövsümün qalibi olub. “Neftçi” gümüş, “Keşlə” isə bürünc medala sahib olub. 5-ci yeri tutan “Zirə” “Sumqayıt”la eyni xala malik olsa da, avrokuboklardan kənarda qalıb. Əvəzində “gənclik şəhəri” təmsilçisi top fərqində daha üstün olduğu üçün Avropa Liqasına vəsiqə qazanıb. 

mənbə :
Report.az

'Zire'nin kapitaninin cezasi gelen movsume qaldi