İçeriğe geçmek için "Enter"a basın

Devid Bekhemin klubunda koronavirus aşkarlandı

19-06-2020

[r32]

19 İyun, 2020  09:43 xeber – ABŞ-ın MLS çempionatında çıxış edən “İnter Mayami” və “Atlanta Yunayted” klublarının futbolçularında koronavirus aşkarlanıb. 

“Report” liqanın rəsmi saytına istinadən xəbər verir ki, hər komandanın bir futbolçusununda test nəticəsi müsbət olub. Adları açıqlanmayan şəxslərdə xəstəlik əlamətləri olmayıb və onlar özlərini təcrid ediblər. 
Qeyd edək ki, “İnter Mayami” klubunun sahibi sabiq futbolçu Devid Bekhemdir. MLS çempionatı martda koronavirusa görə dayandırılıb, mövsümün iyulun 8-də bərpa ediləcəyi gözlənilir. 

mənbə :
Report.az

Devid Bekhemin klubunda koronavirus askarlandi