İçeriğe geçmek için "Enter"a basın

Həbib Nurməhəmmədovun atası koronavirusdan sağaldı

19-06-2020

[r32]

19 İyun, 2020  09:19 xeber – Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusdan sağalıb. 

“Report”un məlumatına görə, bu barədə TASS-a döyüşçünün məşqçisi Xavyer Mendes məlumat verib. 
O bildirib ki, iyunun 15-də H.Nurməhəmmədov atasının sağalması barədə mesaj göndərib. Mendes bu barədə digər ortaq tanışları ilə də söhbət etdiyini sözlərinə əlavə edib: “Mənə dedi ki, Abdulmanap Nurməhəmmədov artıq koronavirus xəstəsi deyil. Keçirdiyi ürək əməliyyatı ilə bağlı ağırlaşmaları var. Əlbəttə, buna görə narahatam”. 

Qeyd edək ki, Abdulmanap Nurməhəmmədov aprelin 25-də xəstəxanaya yerləşdirilib. 57 yaşlı məşqçi ürəyindən əməliyyat olunub. 

mənbə :
Report.az

Hebib Nurmehemmedovun atasi koronavirusdan sagaldi