İçeriğe geçmek için "Enter"a basın

İki həftəlik sərt karantin rejimi tətbiq edilir

18-06-2020


[r32]

Azərbaycanda xüsusi karantin rejimi uzadılır, iki həftəlik ciddi karantin rejimi tətbiq edilir. Bu barədə Operativ Qərargahın brifinqində məlumat verilib.

Ciddi karantin rejimi Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək ciddi karantin rejimi tətbiq ediləcək.

Ev təcridini pozanları cəzalandırmaq qərarı hüquqidirmi?
Azərbaycanda koronavirusun artmasının səbəbkarı vətəndaşlardırmı?
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva ciddi karantin şərtlərinə əsasən məhdudiyyətlərin siyahısını açıqlayıb.

sms xəbərdarlıq və xüsusi icazə əsasında evdən çıxmanın tətbiq olunması
dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər, yəni müxtəlif vaxtlarda işə başlanması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi
ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması
ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin dayandırılması
bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, o cümlədən bu sahələrdə müştərilərə evində və ya digər məkanlarda xidmətlərin dayandırılması
muzey və sərgi zallarının fəaliyyətinin dayandırılması
malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlərin tətbiqi
açıq havada idman oyunları
Ölkədə xüsusi karantin rejimi isə avqustun 1-dək uzadılıb. Həmin müddətə qədər dövlət sərhədləri bağlı qalacaq.

Ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə buraxılış və qəbul imtahanları təxirə salınacaq, növbəti vaxta təyin ediləcək.

Yalnız Naxçıvan ərazisində bu imtahanlar ola bilsin ki, keçirilsin. Gələn həftə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən bununla bağlı daha ətraflı məlumat veriləcək”, Leyla Abdullayeva deyib.

Azərbaycanda koronavirusa görə martın 24-dən xüsusi karantin rejimi tətbiq edilir. Aprelin 27-dən isə rejimin qaydaları yumşaldılıb.

BBC Azərbaycanca

İki həftəlik sərt karantin rejimi tətbiq edilir