[r32]
18 İyun, 2020 18:48 xeber – Türkiyə “Fənərbağça”sının futbolçusu Maks Kruze klubla yollarını ayırıb.
“Report”un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı xəbər yayıb. Bildirilib ki, almaniyalı hücumçu “sarı-lacivərdlilər”lə müqaviləsini birtərəfli şəkildə pozub.
Qeyd edək ki, M.Kruze 2019-cu ilin yayında Almaniya “Verder”indən “Fənərbağça”ya keçib. 32 yaşlı forvardla 3 illik müqavilə imzalanmışdı.
mənbə :
Report.az