İçeriğe geçmek için "Enter"a basın

'Zirə'nin baş məşqçisi: 'Əlavə xərcə düşdük'

18-06-2020

[r32]

18 İyun, 2020  17:53 xeber – “Zirə”nin baş məşqçisi Zaur Həşimov AFFA İcraiyyə Komitəsinin Azərbaycan Premyer Liqası və ölkə kubokunda cari mövsümün dayandırılması ilə bağlı verdiyi qərara münasibət bildirib.

39 yaşlı mütəxəssis “Report”a açıqlamasında qərardan narazı qaldığını gizlətməyib.
O bildirib ki, əsas problem qərarların bir neçə dəfə dəyişməsidir: “İlkin qərardan sonra yenidən hazırlığa başlamaqla əlavə xərcə düşdük. Əks halda gözləyib növbəti mövsümə hazırlaşa bilərdik. Təbii ki, sadəcə top fərqinə görə kənarda qalmağımız da asan qəbul olunan məsələ deyil”.

Qeyd edək ki, “Zirə” 23 xalla mövsümü 5-ci pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazana bilməyib. Əvəzində isə eyni xala malik “Sumqayıt” 4-cü yerin sahibi kimi tarixi ərzində ilk dəfə avrokuboklarda iştirak edəcək.

mənbə :
Report.az

'Zire'nin bas mesqcisi: 'Elave xerce dusduk'