[r32]
18 İyun, 2020 14:52 xeber – UEFA 2022-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə təsnifat mərhələsinin püşk prosedurunu təsdiqləyib.
“Report” xəbər verir ki, quruma üzv 55 ölkə reytinqə əsasən 6 səbətə bölünəcək. Ümumilikdə 10 qrupdan 5-də 6 yığma, qalan 5-də isə 5 komanda olacaq. Onlar qruplarda ev və səfər prinsipi ilə çıxış edəcəklər. Qrup qalibləri birbaşa DÇ-2022-yə vəsiqə qazanacaq. İkinci yeri tutan 10 komandaya UEFA Millətlər Liqasından iki kollektiv qoşulacaq və pley-off qarşılaşmaları nəticəsində son 3 vəsiqənin sahibi bəlli olacaq.
Qeyd edək ki, DÇ-2022 21 noyabr – 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.
mənbə :
Report.az