İçeriğe geçmek için "Enter"a basın

Millimizin futbolçusu zədələndi, komandası liqada qaldı

18-06-2020

[r32]

18 İyun, 2020  11:20 xeber – Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” komandası Almaniya II Bundesliqasında gələn mövsüm üçün də yerini təmin edib. 

“Report”un məlumatına görə, Aue təmsilçisi XXXII turda “Bohum”a 1:2 hesabı məğlub olsa da, liqada qalıb. Buna səbəb 16-cı sırada qərarlaşan “Karlsrue”nin cari turda “Regensburq”a eyni hesabla məğlub olmasıdır. 
Nazarovun komandası sona iki tur qalmış rəqibindən 8 xal irəlidədir. 30 yaşlı hücumçu “Bohum”la görüşün 87-ci dəqiqəsində axilles dabanından zərbə alıb. Həmin zərbəni endirən Miloş Pantoviçə birbaşa qırmızı vərəqə göstərilib. Nazarovun özü isə 90+4-cü dəqiqədə əvəzlənib. Onun durumuna aydınlıq gəlməyib. 

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard “Ersgebirge”də 2016-cı ildən çıxış edir. 

mənbə :
Report.az

Millimizin futbolcusu zedelendi, komandasi liqada qaldi