[r32]
18 İyun, 2020 01:06 xeber – Dortmund “Borussiya”sı Almaniya çempionatının 32-ci turunun matçında ev görüşündə “Mayns”a məğlub olub.
“Report” xəbər verir ki, görüş “Mayns”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesab oyunun 33-cü dəqiqəsində açılıb. Jonatan Burkardt rəqib komandanı oyuna mərkəzdən başlamağa məcbur edib. 49-cu dəqiqədə Jan-Filipp Mateta penaltini dəqiq yerinə yetirib.
“Borussiya” 66 xalla Bundesliqanın yarış cədvəlində ikinci yeri tutmaqda davam edir. “Mayns” 31 xalla 15-ci yerdədir.
mənbə :
Report.az