İçeriğe geçmek için "Enter"a basın

EOC-da yeni prezident seçkisinin vaxtı bəlli oldu

17-06-2020

[r32]

17 İyun, 2020  15:31 xeber – Avropa Olimpiya Komitəsində (EOC) keçiriləcək prezident seçkisinin vaxtı bəlli olub. 

“Report”un məlumatına görə, bu barədə TASS-a EOC-un Rabitə və media şöbəsinin nümayəndəsi Donatella Del Qaudio bildirib.
O deyib ki, seçki qurumun 2021-ci ilin payızında ümumi yığıncağında olacaq: “EOC-un nizamnaməsinə uyğun olaraq, təşkilatın birinci vitse-prezidenti Nils Nyoqor növbəti ilin payızınadək müvəqqəti prezident vəzifəsini icra edəcək”. 

Qeyd edək ki, EOC-un prezidenti Yanez Koçiyançiç 79 yaşında dünyasını dəyişib. O, 2017-ci ildən qurumun prezidenti idi.

mənbə :
Report.az

EOC-da yeni prezident seckisinin vaxti belli oldu