İçeriğe geçmek için "Enter"a basın

Rafael Ağayevin dünya çempionatındakı final döyüşü fərqləndirildi - VİDEO

17-06-2020

[r32]

17 İyun, 2020  13:38 xeber – Dünya Karate Federasiyası (WKF) son 10 ilin dünya çempionatlarından yaddaqalan anları yenidən yayımlayacaq.  

“Report” WKF-in rəsmi saytına istinadən xəbər verir ki, qurum “YouTube” kanalı vasitəsilə ən yaxşı kumite qarşılaşmalarını göstərəcək. Onlar arasında 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin də görüşü var. 
35 yaşlı təcrübəli idmançının 2010-cu ildə Serbiyanın paytaxtı Belqraddakı mundialda final qarşılaşması təqdim ediləcək. Ağayev həmin dueldə italiyalı Luici Busanı məğlubiyyətə uğradıb və 4-cü dəfə dünya çempionu adını qazanıb. 

Qeyd edək ki, WKF bu qarşılaşmanı iyulun 3-də yayımlayacaq. 



mənbə :
Report.az

Rafael Agayevin dunya cempionatindaki final doyusu ferqlendirildi – VİDEO