İçeriğe geçmek için "Enter"a basın

Qazaxıstan Parlament Məclisinin Sədrində koronavirus aşkarlandı

17-06-2020

[r32]

17 İyun, 2020  08:03 xeber – Qazaxıstan Parlament Məclisinin Sədri Nurlan Niqmatulinin koronavirus testi müsbət çıxıb.

“Report” xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
Parlament Məclisinin Sədri COVID-19-a görə özünütəcrid edib.

“Məclisin spikeri iyunun 16-da daha bir testdən keçib. Təəssüf ki, test müsbət nəticə göstərib. Təsdiq edilmiş protokola riayət edərək Nurlan Niqmatulin özünütəcrid edib. Məclisin iyunun 17-nə təyin edilmiş plenar iclası onun müavini tərəfindən idarə ediləcək”.

Qeyd edək ki, Qazaxıstanda bir neçə nazir koronavirusa görə özünütəcrid edib.

Ekologiya, geologiya və təbii ehtiyatlar naziri Maqzum Mirsaqaliyev, təhsli və elm naziri Asxat Aymaqambetov, kənd təsərrüfatı naziri Saparxan Omarov və daha bir neçə məmur özünütəcrid rejiminə keçib.

mənbə :
Report.az

Qazaxistan Parlament Meclisinin Sedrinde koronavirus askarlandi