İçeriğe geçmek için "Enter"a basın

Meksikada koronavirusa yoluxanların sayı 155 minə yaxınlaşır

17-06-2020

[r32]

17 İyun, 2020  05:35 xeber – Meksikada 4 599 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 154 863-ə çatıb.

Qeyd edilir ki, Meksikada koronavirusdan ümumilikdə 18 310 insan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

mənbə :
Report.az

Meksikada koronavirusa yoluxanlarin sayi 155 mine yaxinlasir