İçeriğe geçmek için "Enter"a basın

Bolton yazdığı kitaba görə məhkəməyə verildi

17-06-2020

[r32]

17 İyun, 2020  03:43 xeber – ABŞ-ın Ədliyyə Nazirliyi prezidentin sabiq milli təhlükəsizlik müşaviri Con Boltonu məhkəməyə verib.

“Report” “TASS”a istinadən xəbər verir ki, buna səbəb Con Boltonun müşavir olduğu zaman gördüyü işlər haqqında kitab yazmaq istəyi olub.
ABŞ hökuməti hesab edir ki, Bolton müşavir vəzifəsinə təyin edildiyi zaman gizli məlumatları açıqlamamaqla bağlı üzərinə götürdüyü öhdəlikləri pozur.

Nazirlik bildirib ki, məhkəmə gizli məlumatların dərc edilməsinin qarşısını almaq üçün kitabın çapını qadağan etməlidir. 

mənbə :
Report.az

Bolton yazdigi kitaba gore mehkemeye verildi