İçeriğe geçmek için "Enter"a basın

Bakıda ağır qəza, ölən və yaralananlar var

17-06-2020

[r32]

17 İyun, 2020  01:39 xeber – Bu gecə Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunun Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun qarşısında “BMW” markalı avtomobillə “Renault” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “BMW”nin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər isə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

mənbə :
Report.az

Bakida agir qeza, olen ve yaralananlar var