İçeriğe geçmek için "Enter"a basın

Parisdə etirazlar zamanı 19 polis yaralanıb

17-06-2020

[r32]

17 İyun, 2020  01:28 xeber – Fransanın paytaxtı Parisdə səhiyyə işçilərinin keçirdiyi etiraz aksiyaları zamanı baş verən toqquşmalarda onlarla polis əməkdaşı xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiya əvvəl sakit keçsə də, daha sonra toqquşmalar və nizamsızlıqlar baş verib. Polislər aksiya iştirakçılarına qarşı bir neçə dəfə gözyaşardıcı qazdan istifadə ediblər.
Baş verən toqquşmalarda 19 polis əməkdaşı yaralanıb, 32 nümayişçi saxlanılıb.

Qeyd edək ki, Fransanın yeddidən çox şəhərində tibb işçiləri küçələrə çıxıb. 

Onlar ölkədə xəstəxanaların vəziyyətinin acınacaqlı olduğunu, dövlətin səhiyyə üçün vəsait ayırmasını, məvaciblərin artırılmasını tələb ediblər. 

mənbə :
Report.az

Parisde etirazlar zamani 19 polis yaralanib