İçeriğe geçmek için "Enter"a basın

Bundesliqanın qalibi bəlli oldu

17-06-2020

[r32]

17 İyun, 2020  00:47 xeber – “Bavariya” klubu ardıcıl 8-ci dəfə Almaniya çempionu olub.

“Report”un məlumatına görə, Münhen təmsilçisi buna Bremendə “Verder”ə 0:1 hesablı qələbəsi sayəsində nail olub.
Qalib klubun yeganə qolunu isə Robert Levandovski (dəq. 43) vurub.

“Bavariya” 32 matçda 76 xal toplayıb.

İkinci pillədə 66 xalı olan Dortmundun “Borussiya” klubu turnir cədvəlində Münhen klubuna çatmaq şansını itirib.

Nəticədə “Bavariya” vaxtından əvvəl çempionluğu əldə edib. 

mənbə :
Report.az

Bundesliqanin qalibi belli oldu