İçeriğe geçmek için "Enter"a basın

Şıxda təkəri partlayan avtomobil qəzaya uğradı

16-06-2020

[r32]

16 İyun, 2020  23:16 xeber – Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Şıx yaşayış massivində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobilin təkəri partlayıb. Nəticədə 2010-cu il təvəllüdlü Abdullazadə Tunar Məhəmməd oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ çənə sümüyünün sınığı diaqnozu qoyulub.

mənbə :
Report.az

Sixda tekeri partlayan avtomobil qezaya ugradi