İçeriğe geçmek için "Enter"a basın

Gəncədə kişi qardaşı arvadını öldürdü, nəvələrini və gəlinini yaraladı - YENİLƏNİB

16-06-2020

[r32]

16 İyun, 2020  21:04 xeber – Gəncə şəhərində baş verən hadisənin təfərrüatları məlum olub. 

“Report”un Qərb Mərkəzi xəbər verir ki, qətli törədən şəxs, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğludur.
İlkin məlumata görə, hadisəyə səbəb M.Quliyevin qardaşı nəvəsinin boşanmasına etiraz etməsi olub. 

Belə ki, bu zaman tərəflər arasında mübahisə yaranıb. Bu zaman M.Quliyev qardaşı arvadını bıçaqlayaraq qətlə yetirib. Qardaşı gəlini və nəvələri isə bıçaq xəsarəti alıblar.


***20:35

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.

Belə ki, kişi ailə münaqişəsi zəminində həyat yoldaşı, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızını bıçaqla qətlə yetirib.

Gəlini, 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızına, nəvələri – 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı və 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğluna bıçaqla xəsarətlər yetirib. 

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az

Gencede kisi qardasi arvadini oldurdu, nevelerini ve gelinini yaraladi – YENİLENİB