İçeriğe geçmek için "Enter"a basın

Gəncədə kişi bıçaqla arvadını öldürüb, nəvələrini və gəlinini yaraladı

16-06-2020

[r32]

16 İyun, 2020  20:35 xeber – Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.
Belə ki, kişi münaqişə zəminində ailə üzvlərini bıçaqlayıb.  

Bıçaq xəsarətləri alan Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı dünyasını dəyişib.

Hadisəni törədən şəxsin gəlini, 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızı, nəvələri, 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı və 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğlu yaralanıb. 

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən qadın hadisəni törədən şəxsin həyat yoldaşıdır.

mənbə :
Report.az

Gencede kisi bicaqla arvadini oldurub, nevelerini ve gelinini yaraladi