İçeriğe geçmek için "Enter"a basın

Rumıniyalı hücumçu 'Qalatasaray'dan ayrıldı - RƏSMİ

16-06-2020

[r32]

16 İyun, 2020  20:24 xeber – Türkiyənin “Qalatasaray” klubundan ayrılan ilk futbolçunun kimliyi məlum olub.

“Report”un məlumatına görə, rumıniyalı hücumçu Florin Andone İstanbul təmsilçisi ilə vidalaşıb.
Bununla bağlı o, şəxsi “Instagram” hesabında paylaşım edib.

“Sarı-qırmızılılar”a istədiyi xeyiri verə bilməməsindən təəssüflənən 27 yaşlı forvard kluba və azarkeşlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, ötən həftə Türkiyə Superliqasının XXVII turunun “Rizəspor”la oyununda (0:2) dizindən zədə alan Florin Andone üçün cari mövsüm vaxtından əvvəl başa çatıb. “Qalatasaray”ın heyətində 12 oyunda meydana çıxan futbolçu cəmi 2 qol vurub. O, yayda İngiltərənin “Brayton” klubundan 1 illik icarə əsasında “Cim-Bom”a keçmişdi.

mənbə :
Report.az

Ruminiyali hucumcu 'Qalatasaray'dan ayrildi – RESMİ