İçeriğe geçmek için "Enter"a basın

Berlində koronavirusun yeni dalğası səbəbindən sakinlər karantinə alındı

16-06-2020

[r32]

16 İyun, 2020  18:24 xeber – Almaniyanın paytaxtı Berlin şəhərinin Neukölln inzibati bölgəsində 369 mənzilin sakinləri COVID-19 virusunun yeni dalğası səbəbindən karantinə alınıblar.

“Report” “Der Spiegel online”a istinadən xəbər verir ki, bu barədə şəhərin Səhiyyə departamentinin sözçüsü Falko Like bildirib.
Karantin qərarı şəhərin bir məhəlləsində 57 nəfərdə koronavirus aşkarlandıqdan sonra verilib. Həmin şəxslərlə bir yerdə yaşayan hər kəs karantinə yerləşdirilib. Artıq 256 nəfər test edilib ki, bunun nəticələri yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, indiyədək Berlində koronavirusa 7,3 min nəfər yoluxub, ölənlər isə 208 nəfərdir.

mənbə :
Report.az

Berlinde koronavirusun yeni dalgasi sebebinden sakinler karantine alindi