İçeriğe geçmek için "Enter"a basın

Sabiq 'Arsenal'lı: 'Baş məşqçi Obameyanqı saxlamaq istəyirsə, bank yarmalıdır'

16-06-2020

[r32]

16 İyun, 2020  17:41 xeber – İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Sol Kempbell Pyer-Emerik Obameyanqın komandadakı taleyi barədə fikirlərini bölüşüb.

“Report”un məlumatına görə, “talkSPORT”a açıqlama verən 46 yaşlı veteran müdafiəçi qabonlu hücumçunun qol duyumunun yüksək olduğunu bildirib. Kempbellin sözlərinə görə, Obameyanqı əvəzləmək çətin olacaq. 
O, deyib ki, London təmsilçisi futbolçuya istədiyi maaşı vermirsə, onu əvəzləmək baha başa gələcək: “Arsenal”ın nə düşündüyünü bilmirəm. Amma bir il əvvəl onunla yeni müqavilə imzalayardım. Klub bir daha Robin Van Persinin gedişi zamanı düşdüyü vəziyyətdə olmayacağını söyləsə də, yenə həmin durumdadır. Baş məşqçi Mikel Arteta Obameyanqı saxlamaq istəsə, qalması üçün bankı qarət etməli olacaq”. 

Qeyd edək ki, Pyer-Emerik Obameyanqın “Arsenal”la müqaviləsi 2021-ci ilin yayında başa çatır. 

mənbə :
Report.az

Sabiq 'Arsenal'li: 'Bas mesqci Obameyanqi saxlamaq isteyirse, bank yarmalidir'