İçeriğe geçmek için "Enter"a basın

Ermənistanda milyonçu partiya sədrinin həbsinə dair vəsatət verildi

16-06-2020

[r32]

16 İyun, 2020  17:08 xeber – Ermənistanın baş prokuroru Artur Davtyan Çiçəklənən Ermənistan Partiyasının sədri, parlamentdəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın həbsi ilə bağlı vəsatət qaldırıb.

“Report” xəbər verir ki, məlumatı “Aysor” agentliyi yayıb.
“Araşdırmalar göstərir ki, Qaqik Sarukyan azadlıqda olduğu müddətdə istintaq tədbirlərinə mane ola, şahidlərə və cinayətə sövq etdiyi ehtimal olunan şəxslərə təsir göstərə bilər. Ona görə Qaqik Sarukyanın həsbi barədə vəsatət qaldırıram”, – A.Davtyan parlamentdəki çıxışında bildirib.

Qeyd edək ki, Ermənistan parlamenti iyunun 16-da Q.Sarukyanın deputat toxunulmazlığını ləğv edib.

mənbə :
Report.az

Ermenistanda milyoncu partiya sedrinin hebsine dair vesatet verildi