İçeriğe geçmek için "Enter"a basın

Ermənistanda milyonçu siyasətçi deputat toxunulmazlığından məhrum edildi

16-06-2020

[r32]

16 İyun, 2020  16:29 xeber –
Müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyası və İşıq Ermənistan Partiyasından olan deputatlar səsverməni boykot ediblər.

Qeyd edək ki, Q.Sarukyan 2017-ci ilin aprelində keçirilən parlament seçkiləri zamanı seçicilərin səsini rüşvətlə almaqda, gizli səsverməni pozmaqda ittiham olunur. Bu saxtakarlığın iştirakçısı olmaqda şübhəli bilinən 250 nəfər polis bölməsinə aparılıb.

Partiya sədri Ermənistanın Qeqarkunik vilayətində özünün və başçılıq etdiyi blokun xeyirinə 17 194 seçicinin bülletenə 355 200 ABŞ dolları xərcləyib.

İyunun 16-da Ermənistan parlamentinin qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları qanunverici orqanın qarşısına Q.Sarukyanın dəstəkləmək üçün toplaşıblar. Polis aksiyanı dağıdıb, saxlanılanlar var. 

Xatırladaq ki, Ermənstan parlamentinin 132 üzvü var. Onlardan 88-i hakim “Mənim addımım” Partiyasının təmsilçiləridir.

Parlamentdə Çiçəklənən Ermənstanın 25, İşıqlı Ermənistanın isə 17 deputatı var. Bir deputat isə bitərəfdir. 

mənbə :
Report.az

Ermenistanda milyoncu siyasetci deputat toxunulmazligindan mehrum edildi