İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanda 101 tibb işçisi koronavirusa yoluxub

16-06-2020

[r32]

16 İyun, 2020  16:08 xeber – Gürcüstanda tibbi heyət arasında 101 nəfər koronavirusa yoluxub, onların 1-i vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qeyd olunub ki, COVID-19-a yoluxanların 58%-ni tibb bacısı, 31%-ni həkim, 10%-ni isə kiçik tibbi işçiləri təşkil edir.

Virusun təsdiqləndiyi tibb işçilərinin yaş həddi 19-72 təşkil edir. Onların 84%-i qadındır.

mənbə :
Report.az

Gurcustanda 101 tibb iscisi koronavirusa yoluxub