İçeriğe geçmek için "Enter"a basın

“Astana üçlüyü”nün onlayn zirvə görüşü keçiriləcək

16-06-2020

[r32]

16 İyun, 2020  15:33 xeber – İran, Rusiya və Türkiyədən ibarət olan Suriya böhranına dair “Astana üçlüyü” arasında zirvə görüşü keçirmək barədə razılıq əldə edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi danışıqlardan sonra bildirib.
“Biz “Astana zirvəsi”ni əvvəl virtual, daha sonra üzbəüz şəklində keçirəcəyik. Bu gün virtual görüşə dair cənab Lavrovun, dünən isə Türkiyə xarici işlər nazirinin razılığını aldım. Odur ki, üç ölkə rəhbərləri virtual formatda görüş keçirəcəklər”, – M.Zərif deyib.

mənbə :
Report.az

“Astana ucluyu”nun onlayn zirve gorusu kecirilecek