İçeriğe geçmek için "Enter"a basın

KİV: ATP turnirləri ABŞ-da bərpa olunacaq

16-06-2020

[r32]

16 İyun, 2020  13:03 xeber – Peşəkar Tennisçilər Assosiasiyası (ATP) tərəfindən maliyyələşdirilən turnirlərin bərpa olunacağı vaxt bəlli olub. 

“Report” “Marca”ya istinadən xəbər verir ki, yarışların avqustun 10-da ABŞ-ın paytaxtı Vaşinqtonda başlaması planlaşdırılır. 
Tennisçilər ABŞ-da karantinə alınmayacaq. ATP avqustun 17-də Nyu-Yorkda daha bir turnir keçirmək istəyir. Bundan sonra isə 31 avqust – 13 sentyabrda şəhərdə ABŞ açıq çempionatı (US Open) olacaq. 

Qeyd edək ki, ATP mart ayında mövsümü koronavirusa görə dayandırıb. 

mənbə :
Report.az

KİV: ATP turnirleri ABS-da berpa olunacaq