İçeriğe geçmek için "Enter"a basın

Rusiyada öldürülən azərbaycanlı tələbənin nəşi vətənə gətiriləcək

16-06-2020

[r32]

16 İyun, 2020  13:21 xeber – Rusiyanın Volqoqrad şəhərində yerli tibb universitetinin qətlə yetirilən 17 yaşlı tələbəsi, Azərbaycan vətəndaşı Timur Qavrilovun nəşi vətənə yola salınacaq.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə yerli istintaq qurumlarından bildiriblər.
Ötən gün Volqoqrad vilayəti qubernatoru Andrey Boçarov bu qətli törədən şəxsin axtarışına kömək müqabilində 1 milyon rubl (14.340 ABŞ dolları) mükafat vəd edib.

Daha əvvəl Azərbaycanın Rusiyadakı səfirliyinin bu hadisəni nəzarətə götürdüyü bildirilmişdi.

mənbə :
Report.az

Rusiyada oldurulen azerbaycanli telebenin nesi vetene getirilecek