İçeriğe geçmek için "Enter"a basın

Ukraynanın birinci xanımı xəstəxanaya yerləşdirildi

16-06-2020

[r32]

16 İyun, 2020  11:48 xeber – Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ikitərəfli poliseqmentar pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının Məbuat xidməti məlumat yayıb. 
Qeyd edək ki, iyunun 12-də Y.Zelenskayaya koronavirus diaqnozu qoyulub. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Xatırladaq ki, Ukraynada indiyədək 32 476 yoluxma faktı qeydə alınıb. Onlardan 14 528 nəfər sağalıb, 912 nəfər ölüb. 

mənbə :
Report.az

Ukraynanin birinci xanimi xestexanaya yerlesdirildi