İçeriğe geçmek için "Enter"a basın

Ermənistanda koronavirusdan ölənlərin sayı 300-ə çatır

16-06-2020

[r32]

16 İyun, 2020  10:54 xeber – Ermənistanda daha 425 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 17 489a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 293-ə çatıb. İndiyədək 6 571 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 529 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,1 milyonu ötüb. Bunların 4,2 milyondan çoxu sağalıb, 439 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

mənbə :
Report.az

Ermenistanda koronavirusdan olenlerin sayi 300-e catir