İçeriğe geçmek için "Enter"a basın

'Qalatasaray' zədələnən qapıçısı ilə müqavilənin müddətini uzadacaq

16-06-2020

[r32]

16 İyun, 2020  10:34 xeber – Türkiyənin “Qalatasaray” klubu qapıçısı Fernando Muslera ilə müqavilənin müddətini uzadacaq. 

“Report” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak “Milliyet”ə məlumat verib. 
O bildirib ki, 2021-ci ilin sonunda sözləşməsi başa çatan 34 yaşlı qolkiperlə daha iki illik müqavilə imzalanacaq. Albayrak zədə səbəbindən 6 – 8 ay yaşıl meydanlardan kənarda qalan qapıçının bütün ödəmələri alacağını sözlərinə əlavə edib. 

Qeyd edək ki, Fernando Muslera Türkiyə Super Liqasının XXVII turunda “Rizespor”la matçda zədələnib. O, 15-ci dəqiqədə ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Təcrübəli qapıçının sağ ayağında iki qırıq aşkarlanıb. 

mənbə :
Report.az

'Qalatasaray' zedelenen qapicisi ile muqavilenin muddetini uzadacaq