İçeriğe geçmek için "Enter"a basın

Xaçmazda naməlum avtomobil piyadanı vuraraq öldürüb, sürücü axtarılır

16-06-2020

[r32]

16 İyun, 2020  10:24 xeber – Xaçmazda “Atlant” istirahət mərkəzinin qarşısında piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Nabranda yerləşən “Atlant” istirahət mərkəzinin qarşısında baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, sürətlə hərəkət edən avtomobil piyadanı vuraraq qaçıb.

Nəticədə Xaçmaz rayon Qaradağbuduq kənd sakini 49 yaşlı Arif Seyfulla oğlu Vəliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az

Xacmazda namelum avtomobil piyadani vuraraq oldurub, surucu axtarilir