İçeriğe geçmek için "Enter"a basın

İranın XİN başçısı Moskvaya getdi

16-06-2020

[r32]

16 İyun, 2020  09:56 xeber – İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin Rusiyaya səfəri başlayıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, o, Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.
Qeyd edək ki, İran XİN başçısı Rusiya paytaxtına Türkiyənin İstanbul şəhərindən gedib.

O, Türkiyəyə ikigünlük rəsmi səfəri zamanı ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Səfər çərçivəsində Suriya, İraq, Liviya və Livandakı vəziyyət, o cümlədən ikitərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunub. 

mənbə :
Report.az

İranin XİN bascisi Moskvaya getdi