İçeriğe geçmek için "Enter"a basın

Tokio olimpiadası yenidən təxirə salına bilər - RƏSMİ AÇIQLAMA

16-06-2020

[r32]

16 İyun, 2020  10:00 xeber – Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin direktoru Haruyuki Takahasi olimpiadanın yenidən təxirə salına biləcəyini söyləyib. 

“Report”un məlumatına görə, funksioner oyunları 2021-ci ilin yayında keçirmək istədiklərini bildirib. Takahasi deyib ki, Tokio olimpiadasının ləğvinin qarşısını almaq mütləq lazımdır. 
Onun sözlərinə görə, Yay Olimpiya Oyunlarının ləğvi Yaponiya və dünya iqtisadiyyatına böyük zərbə vuracaq: “Yaz aylarında olimpiadanın iyul – avqustda keçirilməsinin problemli olduğu aydın olarsa, Belnəlxalq Olimpiya Komitəsi ilə növbəti dəfə müzakirə apara bilərik”. 

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul – 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust – 5 sentyabrda keçirilməsi qərara alınıb.

mənbə :
Report.az

Tokio olimpiadasi yeniden texire salina biler – RESMİ ACİQLAMA