İçeriğe geçmek için "Enter"a basın

Kürdə batan şəxslərin axtarışları davam etdirilir

16-06-2020

[r32]

16 İyun, 2020  10:03 xeber – Ötən gün – iyunun 15-də Kür çayında çimərkən batan şəxslərin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a bildirilib ki, “112” qaynar telefon xəttinə Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. 
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd olunub ki, əlavə məlumat veriləcək.

Qeyd edək ki, iyunun 15-də çayın rayonun Hunanlar kənd ərazisindən keçən hissəsində 2 nəfər – Abulbəyli kənd sakini, 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlu və həmkəndlisi 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu çayda çimərkən boğulublar. 

mənbə :
Report.az

Kurde batan sexslerin axtarislari davam etdirilir