İçeriğe geçmek için "Enter"a basın

Bakıdakı dünya çempionatının yeni tarixi açıqlandı

16-06-2020

[r32]

16 İyun, 2020  09:08 xeber – Bakıdakı keçirilməsi planlaşdırılan və koronavirusa görə təxirə salınan aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

“Report”un məlumatına görə, qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) videokonfrans formatında keçirilən iclasında qəbul edilib.
Aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışları 2021-ci il 21 – 23 may, 16-cı dünya çempionatı isə 27 – 29 mayda keçiriləcək.

Qeyd edək ki, dünya yaş qrupları yarışları 8-10 mayda, dünya çempionatı isə 14-16 mayda Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin, pandemiya ilə əlaqədar digər yarışlar kimi təxirə salınıb. 

mənbə :
Report.az

Bakidaki dunya cempionatinin yeni tarixi aciqlandi