İçeriğe geçmek için "Enter"a basın

Almaniyada COVID-19-a yoluxanların sayı 186,8 mini ötdü

16-06-2020

[r32]

16 İyun, 2020  07:59 xeber – Almaniyada bir gün ərzində koronavirusa 378 yoluxma halı qeydə alınıb, COVID-19-dan daha doqquz nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.
İnstitutun məlumatına görə, AFR-də toplam olaraq 186 839 yoluxma aşkar edilib, epidemiyanın başlanğıcından COVID-19-dan 8 800 pasiyent ölüb.

Virusa yoluxma hallarının ən böyük miqdarı Bavariyada qeydə alınıb – 47 690. Şimali Reyn-Vestfaliyada COVID-19-a ümumilikdə 39 415, Baden-Vürtemberqdə 35 150 yoluxma aşkarlanıb. Berlində 7 369 yoluxma mövcuddur. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

mənbə :
Report.az

Almaniyada COVİD-19-a yoluxanlarin sayi 186,8 mini otdu