İçeriğe geçmek için "Enter"a basın

Meksikada koronavirusa yoluxanların sayı 150,2 mini ötdü

16-06-2020

[r32]

16 İyun, 2020  05:22 xeber – Meksikada COVID-19-a yoluxma halları artmaqda davam edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.
O, qeyd edib ki, ölkədə koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 150 264-ə çatıb.

“Fevralın 28-dən koronavirusa yoluxma halları 150 264 insanda təsdiqlənib”, – Lopes-Qatel bildirib.

Qeyd edilir ki, son bir gün ərzində COVID-19-a 3 427 yeni yoluxma aşkarlanıb.

Meksikada koronavirusdan ümumilikdə 17 580 insan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

mənbə :
Report.az

Meksikada koronavirusa yoluxanlarin sayi 150,2 mini otdu