İçeriğe geçmek için "Enter"a basın

Braziliyada bir gündə koronavirusa 20,6 mindən çox insan yoluxdu

16-06-2020

[r32]

16 İyun, 2020  04:29 xeber – Braziliyada son sutka ərzində COVID-19-a on minlərlə yoluxma qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə RİA “Novosti” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, son sutkada koronavirusa yoluxma ilə bağlı 20 647 hal aşkarlanıb.

Məlumata görə, bununla da virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 888 271-ə çatıb. Ölkədə təhlükəli infeksiyadan 43 959 pasiyent ölüb.

Braziliya koronavirusa yoluxma hallarının sayına görə, dünyada ABŞ-dan sonra ikincidir.

Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl bildirib ki, Cənubi Amerika dünyada COVID-19 infeksiyasının yeni episentri olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

mənbə :
Report.az

Braziliyada bir gunde koronavirusa 20,6 minden cox insan yoluxdu