İçeriğe geçmek için "Enter"a basın

Trampın ABŞ yığmasını boykot qərarı FİFA-nın diqqətini cəlb etdi

16-06-2020

[r32]

16 İyun, 2020  02:51 xeber – ABŞ prezidenti Donald Tramp bildirib ki, bundan sonra milli futbol matçlarına baxmayacaq.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Dövlət başçısı qeyd edib ki, buna səbəb Birləşmiş Ştatların Futbol Federasiyasının (USSF) oyunçulara etiraz əlaməti olaraq himnin səsləndirilməsi zamanı diz üstə çökmələrinə icazə verməsidir.

Trampın sözləri FİFA-da şərh edilib. Beynəlxalq Futbol Beynəlxalq Federasiyasında bildiriblər ki, qurum “belə əhəmiyyətli məsələlərin müzakirəsi zamanı dözüm, qarşılıqlı hörmət və sağlam düşüncə uğrunda” qətiyyətlə çıxış edir.

“Biz hamımız irqçiliyə və zorakılığa yox deməliyik”, – FİFA-da qeyd ediblər.

mənbə :
Report.az

Trampin ABS yigmasini boykot qerari FİFA-nin diqqetini celb etdi