İçeriğe geçmek için "Enter"a basın

İtaliyada daha bir futbolçu koronavirusa yoluxdu, klub karantinə göndərildi

16-06-2020

[r32]

16 İyun, 2020  02:04 xeber – “Venesiya” klubu komandanın futbolçularından birinin koronavirus infeksiyasına yoluxduğunu elan edib.

“Report” xəbər verir ki, bu barədə klubun “Twitter”dəki səhifəsində bildirilir.
“Koronavirusla bağlı yoxlamanın oyunçuların, texniki heyətin və klub əməkdaşlarının iştirak etdiyi beşinci raundunda komandanın futbolçularından birində COVID-19 aşkarlanıb”, – klubun mətbuat xidmətinin sosial şəbəkədəki səhifəsində yayılmış xəbərində deyilir.

Virusa yoluxmuş oyunçunun adı açıqlanmır. Bildirilir ki, bütün komanda məşqləri dayandırıb və iki həftə davam edəcək karantinə getməyə məcbur edilib. 

Xatırladaq, İtaliya B Seriyasının 2019/2020 mövsümünün davam etdirilməsi 17 iyunda planlaşdırılıb. Beləliklə, “Venesiya” koronavirus pandemiyası ilə əlaqədar fasilədən sonra yarışın birinci matçını buraxa bilər.

mənbə :
Report.az

İtaliyada daha bir futbolcu koronavirusa yoluxdu, klub karantine gonderildi