İçeriğe geçmek için "Enter"a basın

ÜST: Son sutka dünyada COVID-19-a 132,5 min yoluxma qeydə alınıb

16-06-2020

[r32]

16 İyun, 2020  01:04 xeber – Dünyada koronavirusa yoluxma hallarının sayı 7,8 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına görə, dünyada 431 mindən çox insan COVID-19-dan ölüb.

Qeyd edilir ki, infeksiyanın aşkarlandığı 213 ölkədə və bölgədə virusa yoluxma hallarının sayı 7 823 289-a çatıb, koronavirusdan 431 541 pasiyent ölüb.

Dünyada son gün ərzində təhlükəli virusa 132 581 yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının sayı 3 911 nəfər artıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

mənbə :
Report.az

UST: Son sutka dunyada COVİD-19-a 132,5 min yoluxma qeyde alinib