İçeriğe geçmek için "Enter"a basın

Lənkərançay çayında batan gəncin meyiti tapıldı - YENİLƏNİB

15-06-2020

[r32]

15 İyun, 2020  21:03 xeber – Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Əliyev Elgün Asif oğlunun axtarışları başa çatıb. 

Bu barədə “Report” FHN-ə istinadən xəbər verir.
E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


***19:49

Lənkərançay çayında 1 nəfər boğulub.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. 

Qeyd edilir ki, FHN-in “112” qaynar telefon xəttinə, Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

mənbə :
Report.az

Lenkerancay cayinda batan gencin meyiti tapildi – YENİLENİB