İçeriğe geçmek için "Enter"a basın

Prezident 2 rayona icra başçısı təyin etdi – Sərəncam –

22-05-2020


[r32]
Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev mayın 21-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, E.Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.

Prezidentin digər sərəncamı ilə Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ağstafanın 36 yaşlı yeni İCRA BAŞÇISI Seymur Orucov kimdir?

Seymur Orucov Vaqif oğlu 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə isə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2007-ci ildə magistraturanı bitirib.

Elə həmin ildən kafedranın aspirantı və müəllimi olub.

2006-06.2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilib.

2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.

4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.

29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.

Ailəlidir.


2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasına aspirant kimi qəbul olunub. 2010-cu ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün “Müasir şəraitdə dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.

2006-cı ildən 2009-cu ilin iyun ayına kimi Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.

2009-cu ildən 2011-ci il aprel ayınadək Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri və 2009-cu ilin noyabr ayından 2011-ci ilin aprel ayınadək tərbiyə işləri üzrə prorektor əvəzi vəzifəsində fəaliyyət göstərib.

29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin, aprelin 4-də isə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.

Prezident İlham Əliyevin 4 iyun 2010-cu il tarixli, 951 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. İqtisad elmləri üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev DTX-nin 2019-cu il dekabrın 19-da keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Həmin ilin dekabrın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə N.Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev sərəncamı ilə Rzayev Elçin Adil oğlu İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rzayev Elçin Adil oğlu 2018-ci ildən Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyir.
Elçin Rzayev müavin olmazdan əvvəl bir müddət Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Daha əvvəllər isə Elçin Rzayev Əmlak Məsələləri Dövlət Komitəsində işləyib.
Xatırladaq ki, İmişli rayonunun sabiq İcra başçısı Vilyam Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib

Prezident 2 rayona icra başçısı təyin etdi – Sərəncam –