İçeriğe geçmek için "Enter"a basın

DTX İmişli İcra Hakimiyyətində – başçı və daha kimlər həbs olunub?

06-05-2020


[r32]
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) mayın 5-də İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. DTX-nın keçirdiyi əməliyyatda icra başçısı Vilyam Hacıyev və daha bir neçə şəxsin saxlanıldığı bildirilir. Yazı çapa hazırlanana qədər bu haqda rəsmi məlumat yayılmasa da, təkzib də olunmayıb. Bununla belə, ən müxtəlif mənbələrdən Vilyam Hacıyevin və İmişli Rayon İcra Hakimiyyətinin digər yetkililərinin həbsi xəbərləri var.

İcra başçısı postunda olan aviatorun sonu…

Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Göygöldə anadan olub. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 14 aprel 2012-ci ildən İmişlinin başçısı idi.
Vilyam Hacıyev o icra başçılarından idi ki, barəsində yazılanlara “yuxarıdan aşığı” baxmaqla kifayətlənirdi. Tövrünü pozmadan sərvət siyahısını genişləndirməklə məşğul idi. Mətbuatda Vilyam Hacıyevin adı qarışan böyük rüşvət, korrupsiya cinayətlərindən bəhs olunan xəbərlər çoxdur..
DTX tərəfindən İmişli Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı rayon icra başçısı Vilyam Hacıyevlə yanaşı, bir neçə vəzifəli şəxs də saxlanılıb.

“BakuPost” xəbər verir ki, saxlanılanlar arasında icra başçısının birinci müavini Səfa Ağayev, Başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseyn İbrahimov, digər müavin içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova, başçının köməkçisi Elman Qəhrəmanov, Hüquq Şöbəsinin müdiri Rahim Zaidov, rayonun maliyyə şöbəsinin və bir neçə digər idarələrin müdirləri saxlanılıb

*******
Prezident İlham Əliyev Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Vilyam Fərhalı oğlu Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

DTX İmişli İcra Hakimiyyətində – başçı və daha kimlər həbs olunub?