İçeriğe geçmek için "Enter"a basın

“Bu adamların ləğv edilmiş banklardakı pulları batacaq ” – Təəssüf edirəm…

01-05-2020


[r32]
Lisenziyaları ləğv edilmiş “AtaBank” və “Amrahbank”da iş adamlarının cari hesablarında olan vəsaitləri bata bilər.

Marja.az-ın məlumatına görə, bunu bu gün keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, sahibkarların üzləşdikləri vəziyyətə görə təəssüf hissi keçirir:“Təəssüf edirəm, qanunvericiliyin tələbi belədir. Bu banklarda hesab açmaq iş adamlarının öz seçimləri idi. Əmanətlərin Sığortalanması Fondu ilk növbədə qorunan əmanətləri qaytaracaq. Sonra qanunvericiliyə əsasən növbəlilik var. Əgər vəsait olacaqsa, onlara da növbəlilik prinsipi ilə vəsaitləri ödəniləcək”.

Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib ki, “Amrah Bank”da apardığımız yoxlamalar göstərdi ki, bu bankda da “Atabank”da olduğu kimi ciddi kapital çatışmazlığı var.

– deyə o, qeyd edib.

AMB sədri “Amrah Bank”ın əməkdaşlarının ötəngünki etirazlarına da münasibət bildirib və etirazın emosional xarakter daşıdığını deyib: “Amrah Bank”ın işçilərinin maaşının ödənilməsinə göstəriş vermişəm.Dorğudur, onlar öz iş yerlərini itiriblər, amma düşünürəm ki, bank sektoru ordan ixtisaslı kadrları cəlb edəcək”.

“Bu adamların ləğv edilmiş banklardakı pulları batacaq ” – Təəssüf edirəm…