İçeriğe geçmek için "Enter"a basın

Görəsən Azərbaycanda Boris Consonu görüb xəcalət çəkəsi neçə nazir, icra başçısı var? – Video

10-04-2020


[r32]
Bu gün dünyanın baş xəbərlərindən biri də koronavirus mərəzinə yoluxmuş İngiltərənin baş naziri Boris Consonun sağlıq durumudur.

Təqdim etdiyimiz video bir çox sualların cavabı olacaq…

Belə ki, Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəxanaya getməzdən əvvəl yaşadığı evin yaxınlığındakı pakistanlılara məxsus supermarketə baş çəkib, alış-veriş edib.

Moderator.az xəbər verir ki, Boris Conson marketə heç bir mühafizənin müşayəti ilə gəlməyib. Hamı kimi növbəyə dayanıb və ödəniş edərək marketi tərk edib. Marketin müsəlman xidmət personalı son anda alıcının Baş nazir olduğunu fərq edib, onunla şəkillər çəkdiriblər. Küçəyə çıxan Conson nə kortejlə, nə də “Rols-Roys”la deyil, küçədə dirəyə bağladığı velisopedə minib marketdən gedib.

Redaksiyadan: İndi Azərbaycanda nəinki nazirlər, icra başçıları, hətta onların əsabələri də cangüdənlə gəzir və gündə min hoqqadan çıxırlar. Boris Consonu görüb utanmaq lazımdır. Amma onlarda utanan üz nə gəzir..?

Görəsən Azərbaycanda Boris Consonu görüb xəcalət çəkəsi neçə nazir, icra başçısı var? – Video