İçeriğe geçmek için "Enter"a basın

Teleradio Şurasına yeni sədr seçildi – Yeni sədr “ARB”nin rəhbəridir

07-04-2020


[r32]
Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib.
“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli idi. O, 2003-cü ildən Teleradio Şurasına rəhbərlik edirdi.

Yeni sədr İsmət Rəcəb oğlu Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində təhsili alıb.

2000-2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub.

2016-cı ildən ARB Media Qrupun rəhbəri olub, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.

Evlidir, bir övladı var.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının keçmiş sədri Nuşirəvan Məhərrəmov 2003-cü ildən bu vəzifəni icra edirdi.
Məsələ ondadır ki, uzun illərdir MTRŞ-nın sədri vəzifəsini tutan Nuşirəvan Məhərrəmlinin tezliklə bu vəzifədən uzaqlaşdırılacağına şübhə qalmamışdı. Prezidentin keçmiş köməkçisi Əli Həsənovun yaxın dostu olan N.Məhərrəmlinin vəzifəsilə vidalaşması zaman məsələsi idi.

Xatırladaq ki, bir neçə gün əvvəl Əli Həsənovun kadrlarından daha biri – Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli də vəzifəsindən azad olunmuşdu.

Teleradio Şurasına yeni sədr seçildi – Yeni sədr “ARB”nin rəhbəridir