İçeriğe geçmek için "Enter"a basın

224 nəfərlik Rusiya təyyarəsi düşdü

31-10-2015

misirteyyareRusiyanın “Koqalımavia” şirkətinə məxsus “Airbus-321” sərnişin təyyarəsi qəzaya uğrayıb.

Azadliq.az-ın RIA “Novosti”yə istinadən verdiyi məlumata görə, təyyarə bu gün səhər uçuşdan 23 dəqiqə sonra Kipr yaxınlığında radarlardan itib.

Rusiya Aviasiya Xidmətindəki mənbə bildirib ki, təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhəri istiqamətində uçuş həyata keçirmək üçün havaya qalxıb.

Göyərtəsində 217 sərnişin və 7 heyət üzvü olub. Bir qədər sonra Rusiya təyyarəsinin qalıqları Misirin Sinay yarımadasının mərkəzidə tapılıb.

Misir təhlükəsizlik qüvvələri hadisə yerinə baxış keçirir. Əl-Ariş şəhərindən 20 təcili yardım avtomobilləri faciə qurbanlarının evakuasiyası üçün yollanıb.

224 nəfərlik Rusiya təyyarəsi düşdü